“Sovetki”nin sakinlərinə “qara insanlar” kimi yuxarıdan aşağı baxırlar - PULUMUZU VERİN!

  • By admin
  • 25 Sentyabr 2020 16:23

 

Sentyabrın 25-də Bakının “Sovetski” məhəlləsinin keçmiş sakinləri Yasamal Rayon İcra Hakimiyyətinin qarşısında etiraz aksiyası keçirməyə cəhd ediblər.

Gununsesi.info bildirir ki, sakinlər 3 ildir onlara kompensasiya verilməməsindən şikayət edərək İcra Hakimiyyəti başçısı ilə görüş tələb ediblər.

“Pulumuzu kəsib özlərinə hündürmərtəbəli binalar tikirlər, bahalı maşınlarda gəzirlər. “Sovetki”nin sakinlərinə “qara insanlar” kimi yuxarıdan aşağı baxırlar. Prezidentə sözümüzü çatdırmışıq, çatdıracağıq da. Bizə xəbərdarlıq etmədən, biz evdə olmadan evlərimizi avadanlıqlarla bir yerdə buldozerin altına verdilər. İndi haqqımız olan kompensasiyanı da vermirlər. Belə olmaz. Qaytarın pulumuzu”, -etirazçılardan biri deyib.