Sudanda vəba epidemiyası: - Ölənlərin sayı 1258-ə yüksəldi

  • By Admin2
  • 25 Dekabr 2024 10:15

Bildirilib ki, Sudanda vəba epidemiyası nəticəsində ölənlərin sayı 1258-ə yüksəlib.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, Sudan Səhiyyə Nazirliyindən verilən açıqlamada ölkədə vəbaya yoluxanların ümumi sayının 48 min 598-ə çatdığı bildirilib.

Sudanda iyun ayında başlayan yağışlar və daşqınlar vəba xəstəliyinin yayılmasına səbəb olub.

Sudan hakimiyyəti avqustun 12-də vəba xəstəliyini epidemiya elan edib.

Birləşmiş Millətlər Təşkilatının (BMT) Humanitar Məsələlər üzrə Koordinasiya Ofisi oktyabrın 1-də 3,4 milyon sudanlı uşağın epidemiya xəstəliyinə tutulma riski altında olduğunu bildirdi.

BMT-nin Uşaq Fondu (UNICEF) oktyabrın 5-də Sudana 1,4 milyon doza vəba peyvəndi göndərdiyini açıqlayıb.

Müharibənin davam etdiyi və səhiyyə sisteminin effektiv işləmədiyi Sudanda epidemik xəstəliklərin yayılması insanların həyatını daha da çətinləşdirir.

Orxan Saffari

Gununsesi.info