Sumqayıtda digər avtomobilə, nişana, ağaca çırpılan taksi aşdı, yaralılar var

Sumqayıt şəhərində ağır yol-nəqliyyat hadisəsi baş verib.

 

“Report”un yerli bürosu məlumat verir ki, hadisə şəhərin Sülh küçəsində qeydə alınıb.

Belə ki, “Khazar” markalı avtomobillə toqquşan “Toyota Prius” markalı nəqliyyat vasitəsi öncə yol nişanına dəyib, daha sonra ağaca çırpılaraq aşıb.

Qəza zamanı taksi kimi istifadə olunan “Toyota Prius”un sürücüsü Murad İmanov və onun sərnişini (şəxsiyyəti dəqiqləşdirilir) müxtəlif dərəcəli xəsarətlər alıblar.

Onlar dərhal xəstəxanaya çatdırılıblar. Murad İmanovun vəziyyətinin ağır olduğu bildirilir.

Qəzada yol infrastrukturuna ciddi ziyan dəyib. Faktla bağlı araşdırma aparılır.