Sumqayıtın bəzi hissələrində qaz kəsiləcək

  • Müəllif: Firuzə
  • 22 Oktyabr 2025 12:23

Sumqayıt şəhərinin bəzi hissələrində qaz təchizatında fasilə yaranacaq.

Bu barədə Gununsesi.info-ya “Azəriqaz” İB Sumqayıt QİS-dən bildirilib.

Qeyd olunub ki, mövcud qaz sayğaclarının yeni xəttin üzərinə köçürülməsi ilə əlaqədar oktyabrın 22-də saat 12:00-dan etibarən, Corat qəsəbəsində (məktəbin yanı-dörd yol adlanan ərazi) 500 abonentin qaz təchizatı dayandırılacaq.

Qazın verilişi işlər başa çatdıqdan sonra bərpa olunacaq.

 

Gununsesi.info