
Suriya Təhlükəsizlik Xidməti Müdafiə Nazirliyi ilə birlikdə ordunun keçmiş zabitlərindən ibarət qrup tərəfindən təşkil edilmiş dövlət çevrilişinə cəhdin qarşısını alıb.
Gununsesi.info-nun “Gazeta.ru”ya istinadən xəbərinə görə, bu barədə Suriyanın daxili işlər naziri Anas Xattab məlumat verib.
Daxili İşlər Nazirliyinin məlumatına görə, “devrilmiş rejimin” tərəfdarlarına arxalanaraq hazırkı hökumətin devrilməsi planlaşdırılıb. Hüquq-mühafizə orqanlarının operativ işi və əhalinin dəstəyi sayəsində onların planlarının üstü açılıb.
“Biz əvvəlki rejimin zabitləri tərəfindən hazırlanan dövlət çevrilişi planlarının qarşısını aldıq. Bu, silahlı qüvvələrimizin və xalqımızın səyi nəticəsində mümkün oldu”, – deyə rəsmi bəyanatda bildirilib.