“Tərəflər arasında sərhəd xətti və iqtisadi əlaqələr üzrə razılaşmalar mümkündür” -ŞƏRH

Baş nazirin müavini Şahin Mustafayevin rəhbərliyi ilə Azərbaycan nümayəndə heyəti Ermənistana səfər edib.

Təyyarə artıq İrəvanın aeroportunda eniş edib.

Gununsesi.info-ya danışan siyasi şərhçi Məhəmməd Əsədullazadə qeyd edib ki, səfər iki ölkə arasında normal münasibətlər sisteminin formalaşması istiqamətində mühüm səfər kimi xarakterizə etmək olur:

“Bu səfərin əsas məqsədi iki ölkə arasında iqtisadi əlaqələr və sərhədlərin delimitasiya -demarkasiyasinı müzakirə etməkdən ibarətdir. Ötən gün Nikol Paşinyan iki ölkə arasında sərhədlərin delimitasiya -demarkasiyasını yaxın perspektivdə başlanacağını qeyd edib.

Həmçinin iqtisadi əlaqələrin qurulması və hər iki ölkənin məhsullarının ticarəti razılaşdırılması istisna deyil.

Ermənistanda seçkilər yaxınlaşır və Nikol Paşinyanın qələbə əldə etməsi üçün ciddi müsbət proseslər lazımdır. Türkiyə və Ermənistan arasında sərhəd qapılarının açılması mümkün görünür”.

 

 

Şəbnəm

Gununsesi.info