Tacikistan-Əfqanıstan sərhədində atışma: ölənlər var

  • Müəllif: Firuzə
  • 25 Dekabr 2025 11:19

Tacikistan-Əfqanıstan sərhədində silahlı toqquşma baş verib, ölən və yaralananlar var.

Gununsesi.info xəbər verir ki, bu barədə Tacikistan Dövlət Milli Təhlükəsizlik Komitəsi məlumat yayıb.

Məlumata görə, atışma bir qrup əfqan qaçaqmalçının sərhədi keçməsi nəticəsində baş verib:

“Atışma zamanı Sərhəd Xidmətinin iki zabiti həlak olub, bir neçə nəfər isə yaralanıb. Şübhəli qaçaqmalçılardan biri saxlanılıb”.

Qeyd edək ki, Əfqanıstan mediası atışma nəticəsində iki Tacikistan sərhədçisinin, cavab atəşi nəticəsində isə iki silahlı əfqanın öldürüldüyünü bildirib.

Gununsesi.info