“Taliban” xarici ölkələrdən yardım istədi

  • By admin
  • 20 Avqust 2021 14:08
“Taliban” hərəkatı xarici ölkələri Əfqanıstanı bərpa etməyə çağırıb.Gununsesi.info xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə qruplaşmanın Qətərdə yerləşən ofisinin nümayəndəsi Məhəmməd Suheyl Şahin deyib.

Onun sözlərinə görə, əfqan xalqı tarixində yeni mərhələyə qədəm qoyub.

“Müharibədən yeni çıxmışıq, əfqan xalqının başqa ölkələrdən yardıma ehtiyacı olduğu yeni mərhələyə qədəm qoymuşuq. Səhiyyə, infrastruktur, təhsil və digər sahələrdə bizə kömək lazımdır. Əcnəbilər təbii sərvətlərimizi hasil edə bilərlər” – deyə “Taliban” nümayəndəsi bütün ölkələri Əfqanıstana yardım etməyə səsləyib.