Taliban: “Əfqanıstan hökuməti ilə danışıqların tarixini tezliklə deyəcəyik”

  • By admin
  • 06 Sentyabr 2020 19:38

Talibanın Qətərdəki Siyasi Bürosunun sözçüsü Suheyl Şahin Talibanın siyasi nümayəndəsinin əfqanlararası danışıqlara başlamaq üçün Qətərə gəldiyini və danışıqların tezliklə başlanması üçün bir vaxt təyin ediləcəyini söyləyib.

Gununsesi.info Farsnews-a istinadən xəbər verir ki, Suheyl Şahin Talibanın siyasi vəkili Molla Bəradərin Talibanın danışıqlar qrupuna rəhbərlik etdiyini bildirib.

“Texniki problemlərin həlli üçün səylər göstərilir və danışıqların başlanması üçün tezliklə vaxt elan ediləcək”, – deyə o, bildirib.

Xatırladaq ki, dünən Əfqanıstan hökuməti məhbus mübadiləsi prosesinin tamamlandığını və Əfqanıstan danışıqlarının başlanması üçün bütün maneələrin aradan qaldırıldığını elan etmişdi.

Gununsesi.info