Xəbər verdiyimiz kimi, Azərbaycanda dövlət bir sıra kateqoriyalı xəstəliklərin daşıyıcısı olan vətəndaşları ödənişsiz dərman preparatları ilə təmin edir.
Saytımıza müraciət edən vətəndaş ona lazım olan dərman preparatlarını çətinliklə əldə etdiyini bildirmişdi.
Gununsesi.info mövzu ilə bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) – ə sorğu göndərib.
Sorğumuza cavab olaraq bildirilib ki, imtiyazlı qrupa daxil olan vətəndaşlara verilən dərman preparatlarının fasiləsiz təminatı təmin etmək üçün bütün tədbirlər həyata keçirilib.
Qeyd edilib ki, iyun ayında dərman idxalı ilə bağlı çətinliklər müşahidə olunub. Yaxın günlər ərzində bütün bölgələr üzrə tam təchizat başa çatdırılacaq.
Günel Həsənova
Gununsesi.info












