“Toplum TV İşi” məhkəməyə göndərildi

  • By admin
  • 21 Mart 2025 15:16

Toplum TV  işi” üzrə istintaq başa çatıb. 

Gununsesi.info bildirir ki, bu iş üzrə ümumilikdə 9 nəfər cinayət məsuliyyətinə cəlb olunub.

Artıq aprelin 2-də Bakı Ağır Cinayətlər Məhkəməsində “Toplum TV” işi üzrə məhkəmə başlayır.

“Toplum TV”nin təsisçisi, tanınmış media hüququ eksperti Ələsgər Məmmədli, Akif Qurbanov, Ruslan İzzətli, Şahnaz Bəylərqızı, Fərid İsmayılov, Əli Zeynalov, Müşfiq Cabbarov, Ramil Babayev və İlkin Əmrahovun işi üzrə məhkəmənin hazırlıq iclası aprelin 2-də saat 12.00-da keçiriləcək.

Afət

Gununsesi.info