Tovuzda yol-nəqliyyat hadisəsi baş verib, xəsarət alanlar var

  • By ilhame
  • 23 Mart 2024 19:02

Tovuz rayonunun Alakol kəndində ağır yol-nəqliyyat hadisəsi olub, xəsarət alanlar var.

 

Gununsesi.info-nun məlumatına görə, “VAZ” markalı avtomobil Tovuz şəhər – Alakol kəndi xətti üzrə hərəkət edən “Mercedes” markalı mikroavtobusla toqquşub.

 

Hadisə nəticəsində, 1999-cu il təvəllüdlü Süleymanov Arzu Vəli oğlu, 1994-cü il təvəllüdlü Abdıyev Azər İlqar oğlu, 2004-cü il təvəllüdlü Şahbazov Raul Elnur oğlu, 1956-cı il təvəllüdlü Bayramov Cahan Abbas oğlu, 1983-cü il təvəllüdlü Yusifli Adilə Məhəmməd qızı və 2005-ci il təvəllüdlü Yusifli Nazipəri Qabil qızı xəsarət alıblar.

 

Yaralılar xəstəxanaya çatdırılıb.

 

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info