Tramp Baydenin məxfi məlumatlara çıxışını məhdudlaşdırıb

  • By Günel
  • 08 Fevral 2025 08:19

ABŞ Prezidenti Donald Tramp sələfi Cozef Baydenin məxfi məlumatlara çıxışını məhdudlaşdırıb.

Gununsesi.info xəbər verir ki, bu barədə dövlət başçısı “Truth Social” sosial şəbəkəsində yazıb.

“Co Baydenin məxfi məlumatlara çıxışını davam etdirməsinə heç bir ehtiyac yoxdur. Buna görə də biz dərhal Co Baydenin məxfi məlumatlara buraxılışını ləğv edir və onun üçün gündəlik kəşfiyyat brifinqlərini dayandırırıq”, – Tramp qeyd edib.

Qeyd edək ki, Donald Trampın özü də Baydenin prezidentliyi dövründə “məxfi sənədlərlə düzgün rəftar etməmək” ittihamı ilə üzləşib.

Gununsesi.info