Tramp Kubaya qarşı yeni sanksiyaların tətbiqini nəzərdə tutan fərman İMZALADI

ABŞ Prezidenti Donald Tramp Kubaya qarşı yeni birtərəfli sanksiyaların tətbiqini nəzərdə tutan fərman imzalayıb.

Gununsesi.info xəbər verir ki, bu barədə Ağ Ev-in mətbuat xidməti məlumat yayıb.

Fərmanın Kubada repressiyalara görə məsul olanlara, o cümlədən ABŞ-ın milli təhlükəsizliyinə və xarici siyasətinə təhdidlərə yönəldiyi bildirilir.

Gununsesi.info