Tramp ona qarşı etirazların səbəbini açıqlayıb

“Milyarder Corc Soros və digər “dəli solçu radikallar” “Krallar yoxdur” hərəkatının hökumət əleyhinə etirazlarının arxasında ola bilər”.

Gununsesi.info xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp Ağ Evin rəsmi YouTube kanalında yayımlanan videoda “Air Force One” təyyarəsində bildirib.

“Düşünürəm ki, bu bir növ zarafatdır. Mən bu insanlara baxdım və onlar bu ölkənin təmsilçisi deyillər. Mən bütün bu yeni afişaları gördüm. Təxmin edin, onların pulunu kim ödəyib? Soros və digər solçu radikallar. Deyəsən, belədir. Biz bunu araşdırırıq”, – Tramp bildirib.

Prezident həmçinin qeyd edib ki, hökumət əleyhinə nümayişlər kiçik və “çox səmərəsiz” olub, iştirakçılar isə “yorğun” görünür.

Təşkilatçıların daha əvvəl verdiyi məlumata görə, Trampın siyasətinə qarşı etirazlarda təxminən 7 milyon insan iştirak edib və etirazlar 2700-dən çox şəhər və qəsəbədə keçirilib.

Firuzə

Gununsesi.info