Trampı tənqid edən əməkdaş Ağ Evdən qovuldu

  • By admin
  • 23 Sentyabr 2020 11:15

ABŞ-ın vitse-prezidenti Mayk Pensin hazırda administrasiyanın ünvanına tənqidi fikirlər səsləndirən məsləhətçisi Oliviya Troy iş qabiliyyətinin azalmasına görə Ağ Evdən qovulub.

Bu barədə vitse-prezidentin milli təhlükəsizlik məsələləri üzrə köməkçisi Kit Kelloq Ağ Evdə keçirilən brifinq zamanı bildirib.

O.Troyun avqust ayında qovulduğu açıqlanıb. Vitse-prezident aparatında Oliviya Troy daxili təhlükəsizlik və terrorla mübarizə, həmçinin, koronavirus infeksiyasının yayılmasının qarşısının alınması üzrə İşçi qruplarının əlaqələndirilməsi məsələləri ilə məşğul olub.

İşdən azad edilən qadın isə bildirib ki, pandemiya şəraitində ABŞ Prezidenti Donald Tramp insan həyatına laqeydlik nümayiş etdirib, onu yalnız iqtisadi məsələlər və seçkilərdə növbəti dəfə seçilmək maraqlandırıb.

Kit Kelloq isə O.Troyun dövlət başçısı barədə sözlərinin həqiqəti əks etdirmədiyini bildirib.

Gununsesi.info