Türk polisi HƏRƏKƏTƏ KEÇDİ: meşələrə bu yolla nəzarət ediləcək

  • By admin
  • 31 İyul 2021 17:04

Türkiyə polisi məlum meşə yanğınları səbəbi ilə qoruq və meşə massivlərində sürətli nəzarəti həyata keçirmək üçün qeyri-ənənəvi üsula əl atıb.

Gununsesi.info “Sözcü”yə istinadla xəbər verir ki, meşələrə nəzarət etmək üçün təhkim olunmuş polislər bu gündən atla təmin ediliblər və onlar bundan sonrakı fəaliyyətlərinə at belində davam edəcəklər. İstanbul polisi Çəkməköy meşələrində artıq atlarla fəaliyyət göstərəcək. Hətta polislərə yanğın qoxusunu və şübhəli qoxuları tez xəbər verməsi üçün xüsusi təlim görmüş itlər də kömək edəcək.

Gununsesi.info