
Türkiyənin 17 bölgəsində FETÖ-ya qarşı həyata keçirilən “Qısqaç-17” əməliyyatı çərçivəsində 39 şübhəli saxlanılıb.
Gununsesi.info xəbər verir ki, bu barədə Türkiyə daxili işlər naziri Əli Yerliqaya məlumat yayıb.
Məlumata görə, əməliyyat FETÖ-nün hərbi, təhlükəsizlik və maliyyə strukturlarını aşkarlamağa yönəlib.
Təşkilatın “ByLock” tətbiqinin istifadəçisi olduğu müəyyən edilən şəxslər çoxlu sayda rəqəmsal materialla birlikdə ələ keçirilib.
Gununsesi.info