Türkiyədə ikinci güclü zəlzələ oldu

  • By admin
  • 09 Aprel 2022 21:38

Türkiyənin Malatya şəhərində 5,2 bal gücündə zəlzələ olub.

Gununsesi.info  xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Qeyd olunub ki, yeraltı təkanlar yerli vaxtla saat 17:02-də şəhərin Pütürge rayonunda 5 km dərinlikdə meydana gəlib.

Dağıntı və itki barədə məlumat verilməyib.

***

İkinci zəlzələ Pütürge rayonunda yerli vaxtla saat 18:37-də 4,1 bal gücündə baş verib.

Zəlzələnin 6,72 kilometr dərinlikdə baş verdiyi və ətraf əyalətlərdə hiss olunduğu bildirilib.

Gununsesi.info