“Türkiyə ilə gələcəkdə viza rejimi tam qalxa bilər…” - SƏMƏD SEYİDOV

  • By admin
  • 14 Sentyabr 2020 13:34

Qardaş Türkiyə ilə gələcəkdə viza rejimi tam qalxa bilər.

Gununsesi.info məlumat verir ki, bunu bu gün Milli Məclisin (MM) Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin iclasında komitə sədri Səməd Seyidov bildirib.

S.Seyidov deyib ki, iki qardaş ölkə ilə münasibətlərin səviyyəsi buna da imkan verir.

Sonra “Məhz bizim müraciətlərimiz və AŞPA Prezidentinin tövsiyəsi əsasında AŞPA-nın Siyasi, İnsan Haqları Monitorinq komitəsində Ermənistanın Tovuz istiqamətində təxribat müzakirə olunub”-deyən S. Seyidov bildirib ki, AŞPA üzvlərinin əksəriyyəti bu müzakirələrin davam etdirilməsini vacib sayıb:

“AŞPA-da Qarabağ alt komitəsinin fəaliyyətinin yenidən aktivləşməsi gündəmə gəlir. Biz beynəlxalq təşkilatlarda Dağlıq Qarabağ münaqişəsinin açıq müzakirə olunmasını vacib sayırıq. Azərbaycanın mövqeyi haqlıdır. Oktyabrın 6-da biz İtaliya parlamentinin Xarici əlaqələr komitəsinin üzvləri ilə onlayn Ermənistanın təxribatı, Ermənistan-Azərbaycan münaqişəsini müzakirə edəcəyik”.

 

Gununsesi.info