Türkiyə İranda alimin öldürülməsini qınadı

  • By admin
  • 29 Noyabr 2020 10:50

Türkiyə iranlı nüvə alimi Möhsün Fəxrizadənin öldürülməsini pisləyib və mərhumun ailəsinə başsağlığı verib.

Gununsesi.info xəbər verir ki, bu barədə Türkiyənin Xarici İşlər Nazirliyinin məlumatında deyilir.

“Biz iranlı alim Möhsün Fəxrizadənin Tehranda silahlı hücum nəticəsində öldürülməsindən təəssüflənirik. Bu dəhşətli qətli qınayırıq və İran hökumətinə və mərhumun ailəsinə başsağlığı veririk”, – deyə məlumatda qeyd olunur.

Türkiyə XİN bütün tərəfləri bölgədəki gərginliyin artmasına səbəb ola biləcək hər hansı bir hərəkətdən çəkinməyə çağırır və hücuma görə məsuliyyət daşıyanların ədalət qarşısında cavab verəcəyinə ümid edir.

Gununsesi.info