Türkiyə kəşfiyyatının rəhbəri Suriya prezidenti ilə suriyalıların könüllü qayıdışını müzakirə edib

  • Müəllif: Admin08
  • 17 Sentyabr 2025 22:15

Türkiyə kəşfiyyatının rəhbəri İbrahim Kalın Suriya prezidenti Əhməd əş-Şaara ilə suriyalıların könüllü qayıdışını müzakirə edib.

Gununsesi.info xəbər verir ki, Suriyanın paytaxtı Dəməşqdə səfərdə olan Kalın prezident əş-Şaara ilə görüşüb.

Görüşdə ikitərəfli münasibətlər, regional təhlükəsizlik, İŞİD-lə mübarizə, sərhəd təhlükəsizliyi, iqtisadi vəziyyət və suriyalı qaçqınların könüllü qayıdışı kimi məsələlər müzakirə olunub.

Kalın, Türkiyənin Suriya hökumətinə hər cür dəstəyi verməyə hazır olduğu bildirilib.

Gununsesi.info