Türkiyə ordusu Suriyanın şimalında 5 terrorçunu məhv etdi

  • Müəllif: admin
  • 08 Yanvar 2024 15:23

Türkiyənin Milli Müdafiə Nazirliyi Suriyanın şimalında PKK terror təşkilatının Suriya qanadının 5 silahlısının zərərsizləşdirildiyini açıqlayıb.

Gununsesi.info xəbər verir ki, nazirliyin yaydığı məlumata görə, “Barış pınarı” və “Fərat qalxanı” antiterror əməliyyatları zonasında PKK/YPG terrorçularını məhv edilib.

Nazirlik terrorçuların əməliyyat aparılan əraziyə hücum hazırladığını vurğulayıb.

Gununsesi.info