Türkiyə Rusiyadan ikinci “S-400” alayı alacaq

  • Müəllif: admin
  • 23 Avqust 2020 14:21

Türkiyə Rusiyadan ikinci partiya “S-400” Zenit Raket Kompleksləri alacaq.

Gununsesi.info-nun “RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə müvafiq müqavilə imzalanıb.

Müqaviləyə əsasən, Türkiyə Rusiyadan növbəti “S-400” alayı alacaq.

“Rosoboroneksport”un Baş direktoru Aleksandr Mixyeyev hazırda satınalma ilə bağlı maliyyələşmə məsələsinin müzakirə edildiyini bildirib.

 

 

Gununsesi.info