Türkiyə səfirliyindən Gültəkin Hacıbəyli açıqlaması

  • Müəllif: admin
  • 26 Dekabr 2025 14:49

 

 Türkiyədə oturum izni ləğv edilən sabiq deputat Gültəkin Hacıbəyli Azərbaycana göndərilməməsi üçün bu ölkənin prezidenti Rəcəb Tayyib Ərdoğana və digər səlahiyyətli şəxslərə müraciət edib.

Hacıbəyli öz müraciətində hazırda Çatalca Geri Göndərmə Mərkəzində saxlanıldığını vur]ulayaraq, əlavə edib ki, oturum izninin ləğvinə əsas verə biləcək hər hansı qanunsuzluq etməyib.

 

Gununsesi.info-nun əməkdaşı Türkiyənin Azərbaycandakı səfirliyindən Gültəkin Hacıbəyli ilə bağlı məsələyə münasibət öyrənməyə çalışıb.

Səfirliyinin  mətbuat müşaviri Alptekin Cihangir İşbilir sorğumuza cavab olaraq bunları deyib: “Bu mövzu ilə bağlı bizdə hər hansı məlumat yoxdur”.

 

Şəbnəm 

Gununsesi.info