Türkiyədə avtobus aşdı: ölənlər və yaralılar var

  • Müəllif: Firuzə
  • 03 May 2026 22:11

Türkiyənin Malatya vilayətinin Doğanşehir rayonunda ağır yol qəzası baş verib.

Gununsesi.info yerli mediaya istinadən xəbər verir ki, sərnişin avtobusu idarəetmədən çıxaraq dərəyə aşıb.

Hadisə nəticəsində 4 nəfər həyatını itirib,15 nəfər isə yaralanıb.

Qəza ilə bağlı araşdırma aparılır.

Gununsesi.info