Türkiyədən təyyarə qəzası ilə bağlı daha bir açıqlama

  • Müəllif: Firuzə
  • 24 Noyabr 2025 13:41

Noyabrın 11-də Azərbaycan-Gürcüstan sərhədində C-130 hərbi yük təyyarəsinin qəzaya uğradığı yerdə tədqiqatlar başa çatıb. 

Gununsesi.info  xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi açıqlayıb.

Qeyd olunub ki, araşdırmanı aparan komanda ölkəyə qayıdıb: “Qrupumuz noyabrın 11-də Azərbaycan-Gürcüstan sərhədində qəzaya uğrayan C-130 hərbi yük təyyarəmizin qalıqları ilə bağlı araşdırmalarını tamamladıqdan sonra Türkiyəyə qayıdıb. Qalıqların Kayseridəki 2-ci Əsas Baxım Zavod Müdirliyimizə daşınması davam edir”.

 

Gununsesi.info