Türkiyəli siyasətçi: Çinə müharibə elan edə bilərik!

  • By admin
  • 25 Fevral 2021 21:44

Lazım gələrsə, Türkiyə Çinə müharibə elan edə bilər.

Bu sözləri Türkiyə Böyük Birlik Partiyasının rəhbəri Mustafa Destici Çin tərəfindən uyğurlara yönəlik etnik təmizləmə mövzusuna həsr edilən proqramda çıxışında deyib.

O bildirib ki, bundan öncə Ankara iqtisadi yöndə müvafiq addımlar atmalıdır:

“Çində toplanma düşərgələrinə aparılanlar arasında Türkiyə vətəndaşları da var. Oradakı insanların əksəriyyətinin sonrakı aqibəti bəlli deyil. Lazım gələrsə, Türkiyə Çinə müharibə elan edə bilər. Lakin bundan öncə fərqli metodlarla təsir göstərmək də mümkündür”.

Gununsesi.info