Ukrayna irəliləyir, ruslar dəniz piyadalarını Kurska göndərdi

  • Müəllif: Orxan
  • 07 Yanvar 2025 15:54

Ukrayna ordusu Kursk vilayətində irəliləyib. Bu da Ukraynanın bu istiqamətdə və ya cəbhənin digər yerlərində koordinasiyalı əməliyyatını göstərir.

Gununsesi.info xəbər verir ki, bu barədə ABŞ-ın Müharibənin Öyrənilməsi İnstitutunun hesabatında qeyd olunub.

İnstitutun hesabatı 5-6 yanvarda nümayiş olunmuş geolokasiya kadrlarına əsaslanıb və Ukrayna ordusunun Sucadan şimal-şərqdə – Berdinin cənubu, Russkiy Popereçniy və Novosotnitskinin mərkəzində irəlilədiyini göstərir.

İnstitutun məlumatına görə, rus ordusu Zaporojyenin qərbindəki 177-ci dəniz piyadaları alayını Kurska göndərib. Kurskda “Xəzər dəniz piyadaları”nın PUA bölüyü də fəaliyyət göstərir.

Gununsesi.info