
Rusiyadan verilən açıqlamaya görə, Ukrayna ilə sərhəddəki Kursk bölgəsinə pilotsuz təyyarənin hücumu nəticəsində yaşlı qadın ölüb, 9 nəfər yaralanıb.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, Rusiya Ukrayna ilə sərhəddəki Kursk bölgəsinə onlarla pilotsuz uçuş aparatı (PUA) ilə hücum həyata keçirdiyini, nəticədə bir yaşlı qadının ölümü və 9 nəfərin yaralandığını açıqladı. Açıqlamaya görə, hücum nəticəsində bir çox bina da yanıb.
Rusiya Müdafiə Nazirliyi Ukraynanın gecə saatlarında atdığı 115 PUA-nın məhv edildiyini bildirib. Ukraynanın 2024-cü ilin avqustunda quru hücumuna başladığı, lakin addım-addım geri çəkilmək məcburiyyətində qaldığı Kursk vilayət administrasiyası Telegram-da verdiyi açıqlamada belə deyib: “Kursk gecə düşmənin kütləvi hücumu ilə üzləşdi. Təəssüf ki, 85 yaşlı qadın öldü”.
Orxan