Ukrayna sərhədlərini xarici ölkələrin vətəndaşlarına bağlayır

  • By admin
  • 26 Avqust 2020 17:48
Ukrayna sərhədlərini xarici ölkələrin vətəndaşlarına bağlayır.
Gununsesi.info-nun “ukrinform”a istinadən verdiyi xəbərə görə, bu barədə ölkənin Baş naziri Denis Şmiqal bu gün keçirilən Nazirlər Kabinetinin iclasında deyib.
“COVID-19-un ikinci dalğasının Ukraynada yayılmasının qarşısını almaq üçün karantin müddətində, bəzi kateqoriyalardan başqa, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Ukraynaya girişini müvəqqəti olaraq qadağa tətbiq olunacaq”, Ukraynanın Daxili İşlər naziri Arsen Avakov deyib.
Qadağa avqustun 29-dan sentyabrın 28-dək tətbiq olunacaq.
Tranzit olaraq Ukrayna ərazisindən istifadə edən və iki gün ərzində ölkəni tərk etməyi təsdiqləyən sənədlərə sahib olan şəxslər, Ukraynada təhsil alanlar; Silahlı Qüvvələrdə xidmət edənlər; Ukrayna ərazisində daimi yaşayanlar; qaçqın və ya əlavə müdafiəyə ehtiyacı olan şəxslər; diplomatik nümayəndəliklərin və konsulluq idarələrinin işçiləri; beynəlxalq nümayəndəliklərin əməkdaşları və Ukraynada akkreditə olunmuş təşkilatlar və onların ailə üzvləri Ukrayna Xarici İşlər Nazirliyinin dəvəti ilə bu ölkəyə səfər edən şəxslərə bu qadağa tətbiq edilmir.
Gununsesi.info