Rusiyanın xarici işlər naziri Sergey Lavrov çərşənbə axşamı bildirib ki, Ukrayna üçün hazırlanacaq dəyişdirilmiş sülh planı Prezident Vladimir Putin və ABŞ prezidenti Donald Tramp arasında Alyaska sammitində əldə olunan anlaşmanın “ruhunu və hərfini” əks etdirməlidir.
Moskvada keçirilən mətbuat konfransında Lavrov Rusiya tərəfindən ABŞ-ın sülh planının ilkin versiyasının alqışlandığını və Vaşinqtonun Ukrayna və Avropa tərəfləri ilə razılaşdırıldıqdan sonra planın dəyişdirilmiş aralıq versiyasını təqdim etməsini gözlədiklərini bildirib.
O vurğulayıb ki, əgər dəyişdirilmiş plan Putin və Trampın avqust ayında Alyaskada müzakirə etdiklərini əks etdirməsə, Rusiya üçün vəziyyət tamamilə fərqli olacaq.
Orxan










