
Rusiyanın pilotsuz təyyarələrin Ukraynanın müxtəlif bölgələrinə etdiyi hücumlarda bir uşağın öldüyü açıqlanıb.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, Ukrayna səlahiyyətliləri, Rusiyanın gecə saatlarında həyata keçirdiyi pilotsuz uçuş aparatının (PUA) hücumları nəticəsində ölkənin daxili bölgələrində 12 yaşlı qızın öldüyünü, paytaxt Kiyev bölgəsində isə 3 nəfərin yaralandığını açıqlayıb.
Ukraynanın fövqəladə hallar xidmətinin verdiyi açıqlamaya görə, dron ölkənin daxili hissəsində Dnepropetrovsk vilayətinin Samarivski rayonunda yaşayış binasının üzərinə düşüb.
Binanın dağıntıları altından çıxarılan qızın xəstəxanaya aparılarkən dünyasını dəyişdiyi açıqlanıb.
Orxan