Ukraynada müəllimlərin maaşı 50 faiz artırılır

  • Müəllif: Firuzə
  • 16 Sentyabr 2025 10:22

Ukrayna Nazirlər Kabineti müəllimlərin maaşlarının kəskin artırılması barədə qərar qəbul edib. Nəticədə 2026-cı ildə onlar 50% artacaq.

Gununsesi.info bu barədə Ukrayna Baş nazir Yuliya Sviridenkonun Telegram-dakı paylaşımına istinadən xəbər verir.

Onun sözlərinə görə, dövlət büdcəsi layihəsində professor-müəllim heyətinin orta əməkhaqqının iki mərhələdə 50% – 2026-cı il yanvarın 1-dən 30% və 2026-cı il sentyabrın 1-dən 20% artırılması nəzərdə tutulub.