Valideyn evdə baxa bilmir, çətin şərait var deyə uşağı internata vermək istəyir. Bu zaman atalıq-analıq hüquqları məhdudlaşırmı, yoxsa yalnız müvəqqəti məsələdir?
Bu barədə hüquqşünas Rəşad Səfərov Gununsesi.info-ya danışıb.
O, deyib:
“İnternat məktəblərində uşaq dövlətin himayəsində təhsil alır, lakin bu, valideyn hüquqlarını tam məhdudlaşdırmır. Valideyn uşağı ziyarət edə, qərarlarla maraqlana, hətta lazım gələrsə yenidən evə götürə bilər. Əsas odur ki, məhkəmə və ya sosial xidmət orqanları tərəfindən valideynin hüquqlarını məhdudlaşdırma qərarı verilməsin. İnternat sadəcə əlavə himayə formasını təqdim edir”.
Orxan












