
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin müvafiq qurumları Sabunçu rayonu Bakıxanov qəsəbəsi, Fətəliyev 80, mənzil 54 ünvanında yaşayan Zoya Qrişponun Gununsesi.info-ya müraciətini nəzarətə götürüb.
Bu barədə adıçəkilən qurumdan saytımıza verilən məlumatda deyilir .
Qeyd edək ki, redaksiyamıza müraciət edən vətəndaş bildirib ki, ona qanunsuz olaraq əlavə borc yazılıb.
Şikayətdə bildirilir ki, ötən ay onun sayğac göstəriciləri səhv qeydə alinmiş və 1130 əvəzinə 1530 rəqəmi sistemə daxil edilmişdir.
“Bu isə 13 manat qanuni borc deyil, 413 manat borc deməkdir. Beləliklə, vətəndaşa 400 manat artıq borc yazilmışdır. Ancaq davamlı müraciətlərə baxmayaraq, borc silinməyib”.
Qurumun cavabında da qeyd olunub ki, yanlış məbləğ sərfiyyatın artıq yazılması sayğacın düzgün oxunmaması səbəbindən baş verib.
“Bununla bağlı abonent bazasında dürüstləşmə aparılacaq və qısa müddətdə real sərfiyyat və borc barədə abonentə məlumat veriləcək”.
Günay
Gununsesi.info