Vətəndaş TƏBİB-i rüşvət almaqda ittiham edir – VİDEO

  • By admin
  • 28 Avqust 2020 17:47

Moskva şəhərində yaşayan sahibkar Nəsimi Sadıqov ondan rüşvət tələb edildiyini iddia edir.

Sadıqov bildirir ki, onkooji xəstə olan yoldaşı müayinə edlmək üçün 3 övladı ilə birlikdə Moskva şəhərinə üz tutub. Orada bir müddət qaldıqdan sonra onun xanım həyat yoldaşına müalicəsini Almaniyada davam etdirməyi məsləhət görüblər. Həmçinin Nəsimi Sadıqovun bildirdiyinə görə, on-line imtahanlar verən oğlu Böyük Britaniyanın Kembric şəhərindəki olleclərdən birinə qəbul olunub. O, qeyd edir ki, bir neçə gün öncə ailə üzvlərini Türkiyə üzərindən Azərbaycana göndərib. Nəsimi Sadıqov onların əllərinə koronavirus xəstəsi olmadıqları barədə əllərində tibbi test nəticələri olsa da,  Bakıda ailə üzvlərindən rüşvət tələb edildiyini qeyd edir. Məlumata görə, onun ailə üzvləri hazırda Bakıdakı Atletlər şəhərciyinə saxlanılır. Nəsimi Sadıqov həmçinin TƏBİB işçilərinin ailə üzvlərindən hər biri üçün öncə 300 manat olmaqla 1200 manat, sonrasında isə 4 nəfərə 3000 manat rüşvət tələb edildiyini iddia edir. Onun sözlərinə görə, Bakı aeroportunda ailə üzvlərindən analiz götürülüb və cavabı açıqlanıb ki, virus yoxdur. Ancaq buna baxmayaraq onlar xəstəliyin müalicəsi və oğlunun təhsillə bağlı Britaniyaya getməsi üçün Bakıda saxlanıldığını qeyd edir.

 

Vətəndaşın vide müraciəti:

TEBIB Bakida pula gore 3 azyasli ovladimi 24 avqustdan 4 gundu girov saxlayib

Publicerat av Насими Садыгов Fredag 28 augusti 2020

 

Qarşı tərəfin mövqeyini işıqlandırmağa hazırıq.

Gununsesi.org