Vətəndaşını ən çox məhkəməyə verən Türkiyə prezidenti - HESABAT

  • By admin
  • 28 Avqust 2021 00:45

Türkiyənin ana müxalifət partiyası olan CHP Prezidentə təhqir iddiaları ilə bağlı  hesabat hazırlayıb.

Gununsesi.info-nun xəbərinə görə, Başçı Köməkçisi Gülizar Biçer Karacanın hazırladığı hesabatda Kenan Evrendən Rəcəb Tayyib Ərdoğana qədər olan dövr araşdırılıb.

Araşdırma nəticəsində vətəndaşını ən çox məhkəməyə verən Prezident Rəcəb Tayyib Ərdoğan olub.

Hesabata görə, Ərdoğanın prezident seçildiyi 2014 -cü ildən 2020 -ci ilə qədər 38581 nəfər “təhqir” ittihamı ilə mühakimə olunub. Ərdoğandan əvvəl bu rəqəm Evrenə görə cəmi 1716 idi.

Hesabatda Abdulla Gül 848 dəfə, Necdet Sezar 163, Suleyman Demirel 158, Turgut Ozal isə 207 dəfə vətəndaşlarını  məhkəməyə verməsi əks olunub.

Günay Təhməzova

Gununsesi.info