Vətəndaşların 52 faizi icra başçılarına etibar etmir –Sosial Tədqiqatlar Mərkəzinin SORĞUSU

Azərbaycanda yerli icra hakimiyyəti orqanlarına vətəndaş etimadı ürəkaçan deyil. 

Gununsesi.info bildirir ki, bu barədə Sosial Tədqiqatlar Mərkəzinin Prezidentin cari ilin ilk dörd ayı (yanvar-aprel) üzrə keçirdiyi sosioloji sorğunun nəticələrinə açıqlanıb.

Sorğu çərçivəsində vətəndaşların yerli icra hakimiyyəti orqanlarına inam və etimadı da öyrənilib.

Sorğu iştirakçılarının 22,7%-i yerli icra hakimiyyəti orqanlarına tam, 22,8%-i əsasən etibar etdiyini bildirib. 14,1% respondent əsasən etibar etmədiyini, 37,3% heç etibar etmədiyini qeyd edib. 3,2% respondent qərarsız mövqe nümayiş etdirib.

Sorğu Bakı, Abşeron-Xızı, Dağlıq Şirvan, Gəncə-Daşkəsən, Qazax-Tovuz, Lənkəran-Astara, Quba-Xaçmaz, Şəki-Zaqatala, Qarabağ, Mərkəzi Aran, Mil-Muğan və Şirvan-Salyan iqtisadi rayonları üzrə keçirilib və 1081 respondentin rəyi öyrənilib.

 

Sosial Tədqiqatlar Mərkəzi prezident İlham Əliyevin Sərəncamı ilə 2019-cu ildə yaradılıb. 

STM Azərbaycandaa ictimai münasibətlərin inkişaf dinamikasını sistemli təhlil, ictimai fikrin öyrənilməsini və sosial tədqiqatlar aparılmasını təmin edir, həyata keçirdiyi elmi-analitik təhlilin nəticələrini dövlət orqanlarına təqdim edir.

Prezidentinin 11 fevral 2019-cu il tarixli sərəncamı ilə Zahid Oruc Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri təyin edilib.

Gununsesi.info