Venesuelada həbsdəki müxalifətçilər azadlığa buraxılıb

Venesuela hakimiyyəti bir qrup siyasi məhbusu azad edib.

Gununsesi.info  bildirir ki, bu barədə “The Associated Press” onların arasında müxalifətçilərin, fəalların və jurnalistlərin olduğunu yazır.

Bir həftə öncə ABŞ Venesuela prezidenti Nikolas Maduronu və onun xanımı Siliya Floresi ələ keçirərək ölkədən çıxarıb.

ABŞ prezidenti Donald Tramp “Fox News”a müsahibəsində siyasi məhbusların Vaşinqtonun xahişi ilə azad edildiyini deyib. O, yanvarın 9-da “Truth Social” platformasında yazıb ki, Venesuela sülh istədiyini göstərmək üçün çoxlu sayda siyasi məhbusu azad edir. Tramp bunu “çox vacib və ağıllı addım” adlandırıb.

Azadlığa çıxanlar arasında Venesuelada prezidentliyə keçmiş namizəd Enrike Markes, keçmiş deputat, müxalifət lideri Mariya Korina Maçadonun müttəfiqi Byacio Pilyeri, Ali Məhkəmənin keçmiş hakimi Alexandro Rebolyedo, Kanar adalarından jurnalist Miqel Moreno Dapena var. İspaniyanın beş vətəndaşı, hüquq müdafiəçisi Rosio San-Miqel də azad edilib.

Gununsesi.info