Vətəndaş “Nar”dan narazıdır

  • Müəllif: Şəbnəm
  • 07 Sentyabr 2026 17:44

Vətəndaş “Nar” mobil operatorunun xidmətindən narazıdır.

Gununsesi.info xəbər verir ki, bu barədə o, sosial şəbəkə hesabında paylaşım edib.

Vətəndaşın sözlərinə görə, gün ərzində sosial media hesablarında internet paketinin tez-tez kəsilməsi ilə bağlı problem yaşanır. O qeyd edib ki, sözügedən problem bir neçə aydır davam edir.

Şikayətçi mobil operatorun göstərdiyi xidmətdən narazılığını ifadə edərək problemin aradan qaldırılmasını istəyib.

“Bu problem artıq bir neçə aydır ki, belədir. Bərbad xidmət göstərirsiniz”, – deyə vətəndaş paylaşımında qeyd edib.

 

Firuzə

Gununsesi.info