Whatsapp-dan yeni funksiya gözlənilir

  • By admin
  • 08 Fevral 2023 11:15

WhatsApp tərtibatçıları istifadəçilərə qrup çatlarında zəngləri planlaşdırmaq imkanı verəcək yeni funksiyanı sınaqdan keçirirlər.

Gununsesi.info xəbər verir ki, bu barədə WABetaInfo portalı məlumat yayıb.

Bildirilir ki, yenilik sayəsində istifadəçilər qrup zəngini əvvəlcədən planlaşdıra biləcəklər ki, bu da xüsusilə planlaşdırılmış onlayn görüşlər üçün faydalı olacaq.

Gecikmiş zəng yaradarkən istifadəçilər görüşün adını, tarixini və vaxtını təyin edə biləcəklər. Çat iştirakçıları gecikmiş zəng yaradıldıqda və həmçinin o başlayanda bildiriş alacaqlar.

Bu funksiya hələ inkişaf mərhələsindədir, lakin artıq Android-də WhatsApp beta 2.23.4.4 istifadəçiləri üçün əlçatandır. Android, iOS və PC-də messencerin stabil versiyalarında gecikmiş zənglərin buraxılış tarixləri açıqlanmayıb.

Gununsesi.info