Xankəndidə qanunsuz abidə SÖKÜLDÜ

  • Müəllif: Firuzə
  • 31 İyul 2025 14:39

Xankəndidə yerləşən erməniəsilli rusiyalı rəssam İvan Ayvazovskinin abidəsi sökülüb.

Gununsesi.info xəbər verir ki, bu barədə Rusiyanın RBK agentliyi məlumat yayıb.

Bildirilib ki, abidənin sökülməsi ilə bağlı qərar 2023-cü ildə verilib.

Qeyd edək ki, İvan (Ovanes) Ayvazovskinin abidəsi 2021-ci ilin dekabrında erməni separatçıları və Rusiya sülhməramlıları tərəfindən “Rusiya Şöhrət xiyabanı” layihəsi çərçivəsində qanunsuz olaraq ucaldılıb.

Gununsesi.info