Xarici terror qrupları ABŞ büdcəsindən maliyyə əldə etmiş ola bilər -Vens

ABŞ-ın vitse-prezidenti Cey Di Vens xarici terror qruplarının fırıldaq yolu ilə ABŞ büdcə vəsaitlərindən faydalanmış ola biləcəyini bildirib.

Gununsesi.info xəbər verir ki, o bunu “Fox News”a müsahibəsində bəzi qeyri-qanuni miqrantların dövlət yardımlarını alaraq həmin vəsaitləri Latın Amerikası narkokartellərinə yönləndirdiyini iddia edib.

ABŞ administrasiyası bu kartellərin bir qismini terror təşkilatı hesab edir.

Gununsesi.info