Xocalının Xanyurdu kəndinə növbəti köç yola salınıb – FOTO

  • Müəllif: Firuzə
  • 11 Avqust 2025 14:08

Avqustun 11-də Xocalı rayonunun Xanyurdu kəndinə növbəti köç yola salınıb.

Gununsesi.info-nun xəbərinə görə, bu mərhələdə 62 nəfərdən ibarət 19 ailə Xanyurdu kəndinə yola düşüb.

Qeyd edək ki, hazırda Qarabağda və Şərqi Zəngəzurda, ora köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən, ümumilikdə, 50 mindən çox insan yaşayır.

Xocalının Xanyurdu kəndinə növbəti köç yola salınıb - FOTO Xocalının Xanyurdu kəndinə növbəti köç yola salınıb - FOTO

Gununsesi.info