Yağış yağacaq, dolu düşəcək: – Xəbərdarlıq

  • Müəllif: Orxan
  • 03 Oktyabr 2024 15:54

Oktyabrın 4 və 5-də əsasən gündüz saatlarında bəzi dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir.

Bu barədə Gununsesi.infoya Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, sözügedən tarixlərdə qısamüddətli leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı, çaylarda sululuğun artacağı ehtimalı var.

Gununsesi.info