“Yalan və iftira orucu pozur” -İLAHİYYATÇI

“Yalan danışmaq, iftira atmaq, söyüş söymək oruc tutanın orucunu pozur. Bu o deməkdir ki, insan belə əməllərdən çəkinməli, daha çox yaxşı əməllərə yönəlməlidir”.

Gununsesi.info bildirir ki, bu fikirləri dinşunas Tural İrfan deyib.

“Bu, sanki bir tərbiyələndirmə məktəbidir. Təəssüf ki, bəzi insanlar bunu “yeni mən orucam, vəssalam” prinsipi ilə yanaşaraq sadəcə formal hala gətirirlər. Son dövrlərdə belə hallar çox yayılıb.

Birincisi, bu, dinin mahiyyətinə xələl gətirir və mənfi ikrah yaradır. Digər tərəfdən, oruc tutmayanlar tutmasın, inanmayanlar da inanmasın; lakin ibadət içində bu cür əməllər edənlərin dini pozmağa çalışması və mənfi fikir yaratması günahdır.

Bəzi insanlar isə munafiqlik və riyakarlıqla dindən sui-istifadə edirlər.

Bəziləri biznes məqsədilə, bəziləri özünü mömin göstərmək üçün, bəziləri isə cənnət qazanmaq iddiası ilə bunu edirlər ki, bu da ticarət alverinə çevrilir. Ona görə də oruc tutarkən diqqətli olmaq, həssas məsələlərə fikir vermək lazımdır”.

 

 

Günay

Gununsesi.info