Yanğından malını yox, Polad Həşimovun şəklini çıxardı – VİDEO

  • By admin
  • 17 Oktyabr 2021 12:59

Xəbər verdiyimiz kimi, ötən gün Nərimanov rayonunda yerləşən “Metro City” ticarət mərkəzində yanğın olub.

Gununsesi.info xəbər verir ki, yanğın zamanı hadisə yerinə yaxın mağazalardan birinin sahibi qürurverici addımı ilə hər kəsin diqqətini çəkib.

O, mağazasının içindəki mal-mülkünü vecinə almadan yalnız Milli Qəhrəman, general-mayor Polad Həşimovun fotosu olan plakatı sökərək oradan çıxarıb.

Sözügedən görüntülər sosial şəbəkədə yayılıb.

Gununsesi.info