Anar Bağırov: BU DƏHŞƏTLİ HADİSƏ CİDDİ ŞƏKİLDƏ ARAŞDIRILMALIDIR

  • By admin
  • 17 Oktyabr 2021 14:04

Vəkillər Kollegiyasının sədri Anar Bağırov Zaqatalada vəkil Azər İsmayılovun avtomobilinin yandırılması hadisəsinə münasibət bildirib.

Gununsesi.info-nun  məlumatına görə, A. Bağırov baş verən hadisə ilə bağlı aidiyyatı orqanlara müraciət edəcəyini deyib.

“Zaqatalada fəaliyyət göstərən vəkilimiz Azər Ismayılovla dərhal əlaqə saxladım, mənə əsaslı şübhələri barədə məlumat verdi. Bu dəhşətli hadisə ciddi şəkildə araşdırılmalıdır. Tərəfimdən aidiyyatı dövlət qurumlarına rəsmi qaydada müraciət olunacaq, məsələni şəxsi nəzarətimdə saxlayacam”, – deyə o qeyd edib.

Sədr vurğulayıb ki, hadisənin vəkillik fəaliyyətindən irəli gələn cinayət olması ehtimalı çox yüksəkdir: “Bu cinayəti törədən şəxslər qanunamüvafiq qaydada cəzalanmalıdır”.

Xatırladaq ki, bu gün Zaqatalada vəkil Azər İsmaylova məxsus avtomobil benzinlə yandırılıb.

Gununsesi.info