Yaponiya hakimiyyəti vətəndaşlarını Ukraynanı tərk etməyə çağırıb

  • By admin
  • 25 Yanvar 2022 16:04

Yaponiya hakimiyyəti vətəndaşlarını mümkün qədər qısa müddətdə Ukraynanın tərk etməyə çağırıb.

Gununsesi.info “RİA Novosti”yə istinadən xəbər verir ki, bununla bağlı Yaponiyanın xarici işlər naziri Yosima Hayasi və Yaponiya hökumətinin baş katibi Xirokadza Masuni yanvarın 25-də çıxış ediblər.

Bildirilib ki, bununla belə, Yaponiya vətəndaşlarının, o cümlədən Ukraynadakı səfirliyinin əməkdaşlarının təhlükəsizliyi gücləndiriləcək.

Yaponiyanın Xarici İşlər Nazirliyi vətəndaşlarını Ukraynaya istənilən səfərlərdən çəkinməyə çağırıb.

 

 

Gununsesi.info